BAKI, 1 iyul. TELEQRAF
“Uranın zənginləşdirilməsi texnologiyası və elmini bombardmanla aradan qaldırmaq mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinin nüvə obyektlərinə zərbələrini şərh edərkən deyib.
“İran zərbələrin vurduğu ziyanı tez bir zamanda bərpa edə və bu sənayedə daha da irəliləyiş əldə etmək istəsə, itirilmiş vaxtı kompensasiya edə bilər”, - nazir qeyd edib.
İranın uranın zənginləşdirilməsinə davam etmək niyyətində olub-olmadığı barədə Əraqçi söyləyib:
“Nüvə proqramı dinc xarakter daşıyır. Xalq zənginləşdirmədən asanlıqla əl çəkməyəcək”.