BAKI, 20 iyun. TELEQRAF
İran uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətləri (ABŞ ilə - red.) müzakirə etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu adın məxfi saxlayan İran rəsmisi “Reuters”ə deyib.
“İran uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətləri (ABŞ ilə - red.) müzakirə etməyə hazırdır. Amma “sıfır zənginləşdirmə” təklifi, xüsusən də İsrailin hücumlarından sonra mütləq rədd ediləcək”, - rəsmi bildirib.