BAKI, 20 iyun. TELEQRAF
İran İsrailin Beer-Şeva şəhərini ballistik raketlə vurub.
Teleqraf xəbər verir ki, yayılan görüntülərdə raketin “Microsoft” şirkətinin binasının arxasında yerləşən avtomobil dayanacağına düşdüyü görünür.
Hadisə nəticəsində binanın şüşələrinin qırıldığı və ən azı altı avtomobilin yandığı bildirilir.