BAKI, 20 iyun. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu İranın Lurestan ostanında İsraili dəstəkləməkdə şübhəli bilinən 16 nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, həbs edilən vətəndaşlar öz hərəkətləri ilə internetdə panika yaradıb və İran cəmiyyətinin həmrəyliyini zəiflətməyə çalışıblar.

Nəşr qeyd edir ki, internetdə İsrailin məqsədlərinə çatmağa yönəlmiş istənilən fəaliyyətin, həmçinin yalan xəbərlərin və şayiələrin yayılmasının qarşısı ölkənin hüquq-mühafizə orqanları tərəfindən alınacaq.