
BAKI, 18 iyun. TELEQRAF
İran axşam saatlarında İsraildə "MOSSAD"-ın qərargahına, hərbi kəşfiyyat qərargahına və aviabazalaa zərbələr endirib.
Teleqraf xəbər verir ki, məlumatı İran mətbuatı yayıb.
İslam Respublikası çərşənbə günü axşam saatlarında İsrailin kəşfiyyat qurumu olan "MOSSAD"-ın qərargahını, hərbi kəşfiyyatını və hava bazalarını bombalayıb.
***
21.47
İran İsrailin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb və İsrail səmasında nəzarəti ələ keçirib.
Teleqraf xəbər verir ki, məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayıb.
***
20.42
İsrailin paytaxtı Təl-Əviv, Yerusəlim (Qüds), Hayfa və digər bəzi şəhərlərdə həyəcan siqnalları işə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Baş verənlər İrandan mümkün hava hücumları ilə əlaqəlidir.
KİV İrandan İsrail ərazisinə 5-7 raketin atıldığı, bəzilərinin vurulduğu bildirilib. Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.