
BAKI, 18 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranın Zəncan şəhərinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hücumdan sonra şəhərdə güclü partlayışlar eşidilib. Əməliyyatlar zamanı İran Silahlı Qüvvələrinə məxsus hərbi hədəflərin vurulduğu bildirilib.