BAKI, 18 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah vilayətində hava limanına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hücumdan sonra hava limanında güclü partlayış səsləri eşidilib.

Bundan başqa, İsrail ordusu Kirmanşahda hərbi bazaya zərbələr endirilib, nəticədə İrana məxsus 5 helikopter məhv edilib.