BAKI,13 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişi bağlamaq üçün ikinci şansı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə platforması"Truth Social" da bildirib.

"İki ay əvvəl İrana nüvə sazişi bağlamaq üçün 60 günlük ultimatum verdim. Onlar bunu etməli idilər! Bu gün 61-ci gündür. Mən onlara nə etməli olduqlarını dedim, amma sadəcə bunu bacarmadılar. İndi isə bəlkə də ikinci şansları var",- o qeyd edib.