BAKI, 10 iyun. TELEQRAF
İsrail qüvvələri Qəzzanın mərkəzində Qəzza Humanitar Fondunun (GHF) yardım məntəqəsini atəşə tutub.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hücum nəticəsində azı 2 nəfər ölüb, daha 92 nəfər yaralanıb.
Bu hücum Rəfahın cənubunda yerləşən GHF məntəqəsində toplanan 14 fələstinlinin öldürməsindən bir neçə saat sonra baş verib.