BAKI, 4 iyun. TELEQRAF
Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) endirdiyi raket zərbəsi səbəbindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi İsrailin Ben-Qurion hava limanına eniş edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə məlumat yayıb.
"Raket qoşunlarımızın həyata keçirdiyi əməliyyat nəticəsində Lod hava limanına (Ben-Qurion hava limanı nəzərdə tutulur – red.) "Fələstin-2" tipli hipersəs ballistik raketi atılıb", - o deyib.
Səriə iddia edir ki, hava limanına endirilən zərbə nəticəsində ardıcıl ikinci gün ABŞ-yə məxsus hərbi-nəqliyyat təyyarəsinin eniş etməsinin qarşısı alınıb.