BAKI, 4 iyun. TELEQRAF
İsrail ordusu Suriya ərazisində yerləşən hədəfləri artilleriya atəşinə tutub.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bunun, Suriyadan ölkə ərazisinə iki raketin atılmasına cavab olduğu bildirilir.
Məlumata görə, Suriyadan atılan raketlər açıq sahələrə düşüb. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilir.