BAKI, 3 iyun. TELEQRAF
Livanda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi “Hizbullah” lideri Həsən Nəsrullahın məzarı önünə əklil qoyub.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
"Sionist rejimin məğlubiyyəti qaçılmazdır və Nəsrullahın şəhadəti bu qələbəni təmin edəcək", - Əraqçi ziyarəti zamanı deyib.
Xatırladaq ki, Həsən Nəsrullah ötən ilin sentyabrında İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülmüşdü.