BAKI, 27 may. TELEQRAF

Əgər razılaşma "həqiqi sülh"ə gətirib çıxaracaqsa, Livan İsrail ilə ikitərəfli münasibətləri nəzərdən keçirəcək.

Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam bildirib.

"Biz sülhsevər millətik, lakin biz həqiqi sülh istəyirik. İsrail ölkəmizə aid əraziləri işğal edir", - Baş nazir deyib.

Livandakı Fələstin qaçqın düşərgələrində silahların olması barədə danışarkən Nəvaf Salam bildirib: "Düşərgələrdə silahların olmasının təhlükəli tərəfi budur ki, bu silahlar fələstinlilər arasında münaqişəyə səbəb ola bilər".