BAKI, 23 may. TELEQRAF
Yəmən ərazisindən İsrailə ballistik raket atılıb.
Teleqraf xəbər verir ki, hücumla əlaqədar olaraq Təl-Əvivdə, eləcə də İsrailin mərkəzi hissəsində yerləşən digər icmalarda həyəcan siqnalları işə salınıb.
Daha sonra İsrailin Müdafiə Qüvvələri raketin vurulduğunu açıqlayıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.