BAKI, 21 may. TELEQRAF

İsrailin hazırda Qəzzada törətdikləri müharibə cinayətinə çox yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin sabiq Baş naziri Ehud Olmert BBC-yə müsahibəsində deyib.

Olmert davam edən münaqişəni girovların həyatını xilas etmək şansı olmayan məqsədsiz müharibə adlandırıb.

Onun sözlərinə görə, Qəzzada gedən döyüşlər minlərlə fələstinli mülki şəxsin, eləcə də çoxlu sayda İsrail əsgərinin həyatı bahasına başa gəlir.

"İstənilən nöqteyi-nəzərdən, bu, xoşagəlməz və amansız hərəkətdir", - Olmert deyib.

"Biz HƏMAS qatilləri ilə döyüşürük, günahsız mülki şəxslərlə döyüşmürük. Bu, aydın olmalıdır", - sabiq Baş nazir bildirib.