BAKI, 20 may. TELEQRAF

Amerika Birləşmiş Ştatları (ABŞ) fələstinlilərin Qəzzadan Liviyaya deportasiyası məsələsini müzakirə etməyib, amma digər region ölkələrinin könüllü olaraq köçmək istəyən fələstinliləri qəbul edib-etməyəcəklərinə dair fikrini öyrənib.

Teleqraf “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

"Bizim bəzi ölkələrlə müzakirə etdiyimiz məsələ budur ki, əgər kimsə hər hansı səbəbdən müvəqqəti köçmək istəyərsə, regionda hansı ölkələr onları qəbul etməyə hazırdır?", - Dövlət katibi deyib.

Rubio Liviyanın bu qrupa daxil olub-olmaması ilə bağlı məlumatının olmadığını əlavə edib.

O həmçinin humanitar yardım daşıyan 100 yük maşınından ibarət ilk karvanın Qəzza ərazisinə daxil olduğunu və yaxın günlərdə növbəti karvanın da sektor ərazisində olacağını deyib.