BAKI, 15 may. TELEQRAF

PKK terror təşkilatının ləğv və tərksilah edilməsi prosesi Milli Kəşfiyyat Təşkilatı və digər aidiyyəti qurumlar tərəfindən diqqətlə izləniləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə öz sərhədləri daxilində, İraq və Suriyada terrorun mövcudluğuna dözməyəcək.

“Artıq terrorun istifadə dönəmi bitib. Bölgədə xarici aktorlara bel bağlamaq dönəmi bitib. Dünya dəyişir, keçmiş dünya düzəni çatlayır. Yeni bir dünya düzəni qurulur”, - Prezident Ərdoğan əlavə edib.