BAKI, 15 may. TELEQRAF
Özünüləğv qərarı verən PKK terror təşkilatının Suriyadakı qanadı YPG də buraxılacaq.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli jurnalist, keçmiş millət vəkili Şamil Təyyar məlumat verib.
“YPG-nin kitabı bağlanmaq üzrədir. Suriya mərkəzi hökumətinin İŞİD üzvlərinin saxlandığı həbsxanalara nəzarəti YPG-dən almaq səyləri Prezident Ərdoğanla əldə olunan razılaşmanın nəticəsidir”, - jurnalist bildirib.
Şamil Təyyar YPG-nin bu çərçivədə tədricən qüvvələrini bölgədən (Türkiyə ilə sərhəd ərazilərindən) geri çəkəcəyini söyləyib:
“YPG Suriya ordusuna inteqrasiya ediləcək, hazırda bunun üzərində iş gedir. Bu, YPG-nin müstəqil dövlət qurmasına və ya muxtariyyət qazanmasına yol açacaq addımlar olmayacaq”.