BAKI, 13 may. TELEQRAF
İran Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünüləğv qərarını alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici siyasət qurumunun sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
Diplomat bunu “zorakılıqdan imtina və təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım” kimi qiymətləndirib.
“Ümid edirik ki, bu prosesin başa çatması Türkiyə və regionda sabitlik və sülhə töhfə verəcək”, - İsmayıl Bəqayi bildirib.