BAKI, 12 may. TELEQRAF

Özünüləğv qərarı verən PKK terror təşkilatının bəyanatında bəzi iddialar diqqət çəkib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

PKK-nın bəyanatında Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Özalla bağlı da qeydlər yer alıb. Təşkilat Turqut Özalın ölümünün PKK ilə bağladığı atəşkəs razılaşması nəticəsində dərin dövlət tərəfindən həyata keçirildiyini iddia edib.

Özalın 1990-cı illərdə kürd problemini siyasi yollarla həll etməyə çalışdığı, PKK lideri Abdullah Öcalanın bu yanaşmaya 17 mart 1993-cü ildə elan etdiyi atəşkəslə cavab verdiyi, amma hadisələrin ardınca Özal və komandasının dərin dövlət tərəfindən ortadan qaldırıldığı iddia olunub.