BAKI, 25 aprel. TELEQRAF
PKK terror təşkilatının ləğvi və tərksilah edilməsi ilə bağlı toplantı aprelin 27-də keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Terror təşkilatının uzun müddətdir gözlənilən toplantısı aprelin 27-də İraqın Ərbil şəhərində (Binar) keçiriləcək. Təşkilatın rəhbər heyətindən 600 nəfərin iştirak edəcəyi toplantıya Suriya, Avropa və Türkiyədən də qatılanlar olacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, üç gün davam edəcək toplantının sonunda PKK-nın buraxılması və silahlarının təhvil verilməsinə qərar veriləcək. Yekun qərarın PKK-nın həbsdə olan lideri Abdullah Öcalana çatdırılacağı bildirilir.