BAKI. 23 aprel. TELEQRAF

PKK terror təşkilatı aprelin sonuna qədər özünü buraxmaq və silahları təhvil verməklə bağlı qərar verəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla Türkiyənin “Hürriyet” qəzeti bildirib.

Ölkənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) nəşrə deyilənə görə, artıq Prezident Rəcəb Tayyib Ərdoğan məsələ ilə əlaqədar məlumatlandırılıb.

“AKP çevrələrində PKK-nın tezliklə silahı yerə qoymaq və təşkilatı ləğv etmək barədə qərar verəcəyi ilə bağlı Prezident Ərdoğanın məlumatlandırıldığı bildirilir. Tarix olaraq aprelin sonu göstərilir”, - məlumatda qeyd olunur.