BAKI, 21 aprel. TELEQRAF

Həcc ziyarətinin qiymətləri müsəlman ölkələri üzrə müxtəlifdir. Bu, hökumət subsidiyaları, iqtisadi vəziyyət və logistik xərclər kimi amillərdən asılıdır. Qiymətlər valyuta məzənnələri və xidmət səviyyələrinə görə dəyişə bilər. Bəzi ölkələrdə hökumət subsidiyaları tətbiq olunur, bu da ziyarətçilərin ödədiyi məbləği azaldır.​

Azərbaycana gəlincə, Qafqaz Müsəlmanları İdarəsinə bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün təxmini 1200-1300 kvota ayrılıb. Bir nəfər üçün isə ziyarət paketinin qiyməti 5 950 dollar təşkil edir.

Aşağıda 15 müsəlman ölkəsində Həcc ziyarətinin təxmini qiymətləri təqdim olunur:​

İndoneziya - 5 524 dollar

Nigeriya - 400–700 dollar

Pakistan – 3 800–4,100 dollar

Banqladeş – 4 350 dollar

Mərakeş – 6 377 dollar

Misir - 6 222 dollar

Türkiyə - 6 000–7 000 dollar

İran – 4 000–5 000 dollar

Malayziya – 3 500 – 4 500 dollar

Qazaxıstan – 4 500 dollar

Özbəkistan – 1 500 dollar

Tacikistan – 5 350 dollar

Qırğızıstan – 3 750 dollar

Suriya – 2 800 – 6 000 dollar

Birləşmiş Ərəb Əmirlikləri – 6 000 – 10 000 dollar