​BAKI, 20 aprel. TELEQRAF

İsrailin Livanın cənubundakı Kaoutariyet əs-Siyad bölgəsinə PUA zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Kaoutariyet əs-Siyad bölgəsində İsrailin endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Həmin bölgə, cənubun Səida və Sur şəhərləri arasında yerləşir.

Bundan əlavə, Livan ordusu İsrailə raket atmaq cəhdinin qarşısını aldığını bildirib.

Ordunun bəyanatına görə, keçən həftə İsrailə raket hücumlarında iştirak edən və adı açıqlanmayan bir neçə şəxs saxlanılıb.