BAKI, 23 iyun. TELEQRAF
Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün rüsum müəyyənləşir.
Teleqraf xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, reyestrə daxil edilmə üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən olunur.