BAKI, 23 iyun. TELEQRAF
İndiyədək Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, Bu günədək Park üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb. Satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda həmçinin 576 daimi iş yeri yaradılıb.
Hazırda Hacıqabul Sənaye Parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.
Qeyd edək ki, parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.