BAKI, 23 iyun. TELEQRAF

Cari ilin may ayında pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə fondu məluymat yayıb.

Bildirilib ki, əlilliyə görə 246 176 nəfər şəxs pensiya, 225 096 nəfər şəxs aylıq müavinət, 92 814 nəfər şəxs isə Prezident təqaüdü alıb.