BAKI, 20 aprel. TELEQRAF
Bir qrup yəhudi bu gün Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinin həyətinə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.
Bildirilib ki, onlar İsrail təhlükəsizlik qüvvələrinin müşayiəti və qoruması ilə dini ayinlər icra ediblər.
"Sözügedən şəxslər beynəlxalq hüquqa zidd olaraq İordan çayının qərb sahilində fələstinlilərə məxsus torpaqlarda qeyri-qanuni şəkildə məskunlaşmış İsrail vətəndaşlarıdır", - məlumatda deyilir.
Qeyd edək ki, Əl-Əqsa məscidi İslam aləminin üçüncü müqəddəs məkanı hesab olunur və Qüdsün mövcud status-kvo razılaşmasına əsasən, müsəlman olmayan şəxslərin burada ibadət etməsi qadağandır.