BAKI, 20 aprel. TELEQRAF
İsrail ordusu Qəzza zolağında hava və artilleriya zərbələrini davam etdirir. Şənbə günü ərzində zolaq boyunca azı 54 fələstinli həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.
Məlumatda bildirilir ki, HƏMAS İsrailin atəşkəs təklifini rədd etməsindən sonra Baş nazir Binyamin Netanyahu Qəzzaya qarşı müharibəni daha da şiddətləndirəcəyini bəyan edib. HƏMAS isə münaqişəyə son qoyulmasını və bunun müqabilində əsirlərin azad olunmasını tələb edir.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, müharibə başladığı vaxtdan bu yana azı 51,065 fələstinli ölüb, 116,505 nəfər isə yaralanıb.