BAKI, 20 apel. TELEQRAF

Fransanın Fələstin dövlətçiliyini tanıması ciddi səhv olardı.

Teleqraf xəbər verir ki, bunu İsraili Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Fransanın belə bir addım atması İsraili birtərəfli addımlar atmağa sövq edə bilər.

Diplomat deyib: "Onlar regional təsirlərini itirəcək və mövqelərini zədələyəcəklər. Xəyal və ya təxəyyül əsasında qərar qəbul etməklə, Fələstin dövləti yarada bilməyəcəklər".

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Fələstin dövlətçiliyinin tanınması "gələcəkdə sülh və təhlükəsizliyə nail olmaq ehtimalını azaldacaq". Saar, Fələstin vətəndaşlarının çoxtərəfli strukturlarda və beynəlxalq səhnədə "İsraili təcrid etmək və ona zərər vermək məqsədi ilə" hərəkət etdiklərinə diqqət çəkib.

Nazir Fransanın Fələstinin dövlətçiliyini tanıyacağı halda yəhudi dövlətinin cavab tədbirləri görə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.