BAKI, 20 aprel. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində HƏMAS-la girovların dəyişdirilməsi barədə razılaşmadan imtina etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Baş nazir Fələstin hərəkatının nümayəndələrinin həftə sonu Qəzza zolağındakı girovların yarısını azad etmək istədəniklərini deyib.

Netanyahu qeyd edib ki, HƏMAS qoşunların anklavdan tamamilə çıxarılmasını və regionun bərpası üçün kapitalın cəlb olunmasını tələb edir. İsrail rəsmilərinin fikrincə, bu vəsait hərəkatı yenidən silahlandırmaq və yeni hücumlar hazırlamaq üçün istifadə olunacaq.

Siyasətçi vəd edib ki, "Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovları qaytarana qədər və Qəzza zolağının İsrail üçün artıq təhlükə yaratmadığına əmin oluncaya qədər" müharibəni davam etdirəcək.