
BAKI, 18 aprel. TELEQRAF
İndiyədək ən böyük səhvimiz son seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) ilə eyni ittifaqda yer almağımız oldu.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif DEVA Partiyasının sədr müavini İdris Şahin deyib.
Siyasətçi partiya olaraq CHP-nin siyahılarından seçkiyə qatıldıqları üçün təəssüfləndiyini bildirib.
“Qurulduğumuz gündən bu yana etdiyimiz ən böyük səhvlərdən biri “Altılıq Masası”nda oturmaq və CHP siyahılarından seçilməyimiz oldu”, - Şahin vurğulayıb.
Partiya rəsmisi DEVA-nın bir daha CHP ilə ittifaq qurmayacağını da açıqlayıb.
Xatırladaq ki, 2023-cü ildə keçirilmiş prezident və parlament seçkiləri üçün müxalifətin qurduğu “Altılıq Masası” adlı bloka CHP və DEVA ilə yanaşı, İYİ, Səadət, Gələcək, Demokrat və “Türkiyə Dəyişiklik” partiyaları daxil idi. CHP-nin siyahıları ilə seçkilərə qatılan bu partiyalardan umumilikdə parlamentə 39 nəfər millət vəkili seçilib.
DEVA Partiyasının sədri Türkiyənin keçmiş iqtisadiyyat naziri Ali Babacandır.