BAKI, 18 aprel. TELEQRAF
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianı Azərbaycan səfərində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərinin valiləri və iş adamları müşayiət edəcək.
Teleqraf xəbər verir, bu barədə İran Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin məlumat verib.
Qeyd edək ki, İrandakı azərbaycanlılar əsasən qeyd olunan dörd vilayətdə yaşayır. Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya, Ərdəbil vilayətinin Ərdəbil, Gilan vilayətinin mərkəzi isə Rəşt şəhəridir.