BAKI, 17 APREL. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada, İranın ali lideri Ayətullah Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub barədə məlumat verib.

Teleqraf xəbər verir ki, məktubda dünyada və regionda baş verən son mühüm hadisələr, eləcə də Tehran və Moskva arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər əks olunub.

Abbas Əraqçi həmçinin qeyd edib ki, Moskva səfəri çərçivəsində ABŞ ilə İran arasında davam edən nüvə danışıqlarının gedişi də Rusiya tərəfi ilə müzakirə olunacaq.