BAKI, 16 aprel. TELEQRAF
ABŞ və İran arasında danışıqlar normal məcrada gedir.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Danışıqlar normal və standart şəkildə gedir, buna görə ölkənin işləri ləngimir. Heç bir halda bu məsələlərə görə bir saniyə belə yubanmır. Əlbəttə, razılaşma əldə olunsa, bunu alqışlayardıq”, - dövlət başçısı bildirib.