
BAKI, 16 aprel. TELEQRAF
PKK terror təşkilatının silahları təhvil verməsi prosesi iyun ayının sonuna qədər başa çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Terrorsuz Türkiyə” hədəfi çərçivəsində PKK-nın tərksilah və ləğv prosesinin birinci mərhələsinin may ayında keçiriləcək qurultayla başa çatdırılması planlaşdırılır.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, təşkilatın ləğvi ilə bağlı qurultayın mayın əvvəlində keçiriləcəyi, təşkilatın silahları təhvil verilməsinin isə iyunun sonunda tamamlanacağı gözlənilir. Silahların çatdırılma məntəqələri, necə təhvil veriləcəyi, qeydiyyatın necə aparılacağı kimi texniki mövzularda da hazırlıqların aparıldığı bildirilir.
Proses planlaşdırıldığı kimi başa çatarsa, parlamentin tətilə çıxdığı iyul ayına kimi bəzi siyasi-hüquqi addımlar atılacaq”, - məlumatda deyilir.