BAKI, 14 aprel. TELEQRAF

PKK terror təşkilatının əsassız və nəticəsiz həvəsindən sağlam düşüncəli, perspektivli bir təşəbbüsə doğru inkişaf edən prosesi həssaslıqla izləyirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

Müdafiə naziri PKK-nın tərksilah edilməsi və silahları təhvil verməsinin vacib olduğunu bəyan edib.

“Əməllə dəstəklənməyən hansısa açıqlama və ya bəyannamənin heç bir dəyəri yoxdur. Terrorun bütün növlərinə tamamilə son qoyulması təkcə ölkəmizin deyil, həm də region və dünya sülhünə xidmət edəcək.

Silahı yerə qoymamaqda israr edən, qardaşlığı deyil, ayrılığı qızışdırmağa çalışan hər struktur dünən olduğu kimi bu gün də legitim hədəfimiz olmağa davam edəcək.

Bu məsələdə dövlətimizin mövqeyi bəllidir: prosesin təxribata çəkilməsinə heç vaxt icazə verilməyəcək, cəmiyyətin təhlükəsizliyini təhdid edən hər hansı struktura güzəşt edilməyəcək”, - Yaşar Gülər vurğulayıb.