
BAKI, 14 aprel. TELEQRAF
PKK terror təşkilatına bağlı SDQ/YPG qüvvələri Suriyanın Hələb vilayətinin Şeyx Maqsud və Tişrin rayonlarından çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Suriya hökumətinə bağlı hərbi qüvvələr Tişrinə daxil olublar. YPG/SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin Dəməşqin Raqqa və Deyr əz-Zordan da çıxmalarını tələb etdiyini açıqlayıb”, - məlumatda deyilir.
Türkiyə nəşri yazır ki, terrorçular Tabqa, Raqqa, Deyr əz-Zor və Hasəkədən də çıxacaqlar.
Nəşr terrorçuların sözügedən və digər bölgələrdən çıxarılmasının həm də Ankaranın tələbi olduğunu vurğulayıb.