BAKI, 12 aprel. TELEQRAF

Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən dolayı danışıqlarda Tehrana tətbiq olunan sanksiyaların yumşaldılması qarşılığında İranın nüvə proqramının məhdudlaşdırılması məsələsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Danışıqlar həmçinin regionda gərginliyin azaldılması, məhbus mübadiləsi və İranın nüvə proqramı üzərində nəzarət müqabilində sanksiyaların yüngülləşdirilməsinə yönəlib.

***

15:37

İran və ABŞ arasında danışıqlar başladı.

Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

"Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqların ilk raundu başlayıb. Nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq”,- o qeyd edib.