
BAKI, 11 aprel. TELEQRAF
Ehtiyatda olan hərbi qulluqçuların hökuməti HƏMAS-la döyüşmək əvəzinə girovların azad edilməsinə dair razılaşmaya üstünlük verməyə çağıran məktubları hakimiyyəti devirmək istəyən təşkilatlar tərəfindən maliyyələşdirilən kiçik bir azlığı təmsil edir.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, kiçik, səs-küylü, anarxist və (orduyla) əlaqəsi kəsilmiş pensiyaçılar qrupudur. Bu alaq otları İsrail dövlətini və İsrail Müdafiə Qüvvələrini zəiflətməyə çalışır və düşmənimizi bizə zərər verməyə sövq edir. Artıq bir dəfə düşmənlərimizə “zəiflik” mesajı verdilər. Bir daha onlara bunu etməyə icazə verməyəcəyik”, - baş nazir vurğulayıb.