BAKI, 10 aprel. TELEQRAF
PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriyanın Hələb vilayəti və digər bölgələrindən çıxır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum SDQ-nin Hələb və Tişrindən çıxma prosesini izlədiklərini bildirib:
“SDQ terror təşkilatının Suriya hökuməti ilə bağladığı müqavilə yerdəki vəziyyətə təsiri baxımından əhəmiyyətlidir. Bu çərçivədə SDQ terror təşkilatının Hələb və Tişrin bəndindən çıxarılması və Suriya hökumətinə təhvil verilməsi ilə bağlı məsələləri diqqətlə izləyirik”.
SDQ/YPG Dəməşqlə imzaladığı razılaşma əsasında Hələbin şəhər mərkəzindən çəkilməyə davam edir. Hələbin Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrini zəbt edən PKK/YPG terrorçularını daşıyan ikinci konvoy da şəhəri tərk edib.