BAKI, 7 aprel. TELEQRAF

ABŞ İrana nüvə proqramı ilə bağlı danışıqlarda səmimi olduğunu və öz şərtlərini irəli sürmədiyini sübuta yetirməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Pezeşkian qeyd edib ki, hazırda İranın bir çox ölkələrlə münasibətləri yaxşıdır, lakin ABŞ ilə danışıqlar məsələsi fərqlidir: "Biz danışıqlara inanırıq, amma bunlar alçaldıcı olmamalıdır. Biz dünyada heç kəslə düşmən olmuruq, amma özümüzü alçaltmağa da razı deyilik. Biz müharibə, qarışıqlıq və nüvə bombası istəmirik. Bəs necə dünyaya bunu sübut edək? Biz danışıqlar istəyirik, amma ABŞ də sübut etməlidir ki, onlar da bu danışıqları istəyirlər."

İran prezidenti bir daha vurğulayıb ki, İranda nüvə silahı istehsal etmək mümkün deyil: "Bu, yalnız mənim sözüm deyil, bu ali liderin fətvasıdır".