BAKI, 7 aprel. TELEQRAF

HƏMAS-ın Qəzza zolağının idarə olunmasında heç bir rolu olmamalıdır.

Teleqraf xəbər verir ki, bunu Misirdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron HƏMAS-ın artıq İsrail üçün təhlükə yaratmamasının lazım olduğunu, eyni zamanda Ərəb Liqasının təsdiqlədiyi Qəzzanın yenidən qurulması planını tam dəstəklədiyini bildirib.

Fransa lideri həmçinin Qəzza və İordan çayının qərb sahilində istənilən yerdəyişmə və ya İsrailə ilhaqın qəti əleyhinə olduğunu vurğulayıb.

“Bu, beynəlxalq hüququn pozulması və bütün regionun, o cümlədən İsrailin təhlükəsizliyinə ciddi təhdid olardı”, - Makron misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşündə qeyd edib.