
BAKI, 7 aprel. TELEQRAF
"İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib".
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"İran heç vaxt və heç bir halda nüvə silahı yaratma yoluna getməyəcək. Bu, bizim strategiyamızın ayrılmaz hissəsidir və bu ali lider Ayətullah Əli Xamenei fətvasına əsaslanır. Mən hesab edirəm ki, bu məsələdə heç bir şübhə olmamalıdır və ola bilməz",- o qeyd edib.
Qeyd edək ki, İranın nüvə silahını inkişaf etdirməsi 2003-cü ildən etibarən Əli Xameneinin fərmanı ilə rəsmi olaraq qadağan olunub.