
BAKI, 7 aprel. TELEQRAF
ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə vurulması halında ölkənin Silahlı Qüvvələri tərəfindən ciddi şəkildə cavablandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
“İran Silahlı Qüvvələri hər hansı bir təhdidlə mübarizə aparmaq üçün daim öz gücünü artırır. Biz ölkəmizə qarşı hər hansı bir hücum və təcavüzə güclü cavab verəcəyik. İranı təhdid edənlər bilməlidir ki, əgər bu təhdidlər həyata keçirilsə dərhal sərt cavab alacaqlar”,- o qeyd edib.