​BAKI, 6 aprel. TELEQRAF

İsrailin Livanın cənubundakı Zibqin qəsəbəsinə hücumu nəticəsində iki nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, əvvəlcə bir nəfərin öldüyü bildirilsə də, sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı iki nəfərə çatıb.

İsrail ordusu isə hücumla bağlı yayımladığı açıqlamada, Zibqin ərazisində "Hizbullahın terror infrastrukturlarını bərpa etməyə çalışan" şəxslərin hədəf alındığını iddia edib.