BAKI, 23 iyun. TELEQRAF
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz diplomatik fəaliyyəti başa çatan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib.
Teleqraf xəbər verir ki, görüşlə bağlı sosial media hesabında paylaşım edən Cevdet Yılmaz səfirlə Prezident Administrasiyasının binasında bir araya gəldiklərini bildirib.
Türkiyə vitse-prezidenti Rəşad Məmmədova Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi qiymətli töhfələrə görə təşəkkür edib:
"Ankarada vəzifə icra etdiyi müddətdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və strateji əməkdaşlığın gücləndirilməsinə verdiyi dəyərli töhfələrə görə səfirə təşəkkür edir, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, Rəşad Məmmədov "Bir millət, iki dövlət" anlayışı əsasında müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan sarsılmaz qardaşlığının və güclü əməkdaşlığının inkişafına öz töhfələrini verməyə davam edəcək".