BAKI, 23 iyun. TELEQRAF

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 3,1 milyon ədəd tibbi maska istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 93,8% çoxdur.

İyunun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı isə 1,6 milyon ədəd təşkil edib.

Qeyd edək ki, hesabat dövründə 7478,1 min manat dəyərində dərman istehsal olunub. Bu, illik müqayisədə 9,9% azalma deməkdir. İyunun 1-nə anbarlarda 594,1 min manat dəyərində hazır məhsul ehtiyatı mövcud olub.