BAKI, 23 iyun. TELEQRAF
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının iyunun 24-də ödənilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.