BAKI, 23 iyun. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Baş nazir Nikol Paşinyan və onun hökumətinə siyasi dəstəyini ifadə etmək üçün iyulun 1-də Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr bildirib ki, səfər Paşinyanın partiyasının iyunun 7-də keçirilən parlament seçkilərində qələbəsindən sonra baş tutacaq. Mənbənin fikrincə, bu seçkilər Ermənistanın Avropaya doğru geosiyasi trayektoriyasında dönüş nöqtəsi olub.

Səfər Avropa İttifaqı tərəfindən Rusiyanın təzyiqi altında olan Ermənistana “Avropa sizinlədir” mesajı ilə açıq siqnal kimi qəbul edilir.

“Politico”nun məlumatına görə, nümayəndə heyətinə genişlənmə üzrə komissar Marta Kos da daxil olacaq.

Brüssel artıq iqtisadiyyatın şaxələndirilməsinə və Rusiya bazarlarından asılılığı azaltmağa kömək etmək məqsədilə Ermənistana maliyyə yardımı artırıb.